Oman və İranda bazar günü baş vermiş "Şahin” qasırğası qurbanlarının sayı 14 nəfərə çatıb.
Bu barədə "Associated Press” məlumat yayıb.
Bildirilib ki, Oman dövlət televiziyası qasırğa nəticəsində həlak olanların ümumi sayının 12 nəfərə yüksəldiyi barədə məlumat yayıb.
İranda isə hakimiyyət orqanları itkin düşmüş beş balıqçıdan ikisinin cəsədinin tapıldığını bildirib. Hər iki ölkədə bir neçə nəfər hələ də itkin düşmüş sayılır.
Siklonun təsir radiusunda küləyin sürəti saatda təxminən 150 kilometrə çatıb. Sonradan küləyin sürəti azalıb.
Qasırğa daşqınlara səbəb olub və Omana, eləcə də, Ərəbistan yarımadasındakı digər ölkələrə xeyli ziyan vurub. Təbii fəlakətdən İran da zərər çəkib./qafqazinfo
7NEWS.Az








