RU
lombard
Şahzadə Filip: “Öz yatağımda dinc şəkildə ölmək istəyirəm”
12:50
1430

Şahzadə Filip: “Öz yatağımda dinc şəkildə ölmək istəyirəm”

Böyük Britaniya kraliçası II Yelizavetanın həyat yoldaşı, Edinburq hersoqu Filipin son arzusu "evində, öz yatağında dinc şəkildə ölmək” olub.

Bu barədə "New York Post”a kral ailəsinə yaxın mənbə bildirib.

"Filip təlaş yaratmaq istəmirdi. O istəyirdi ki, hər şeyi sonuna qədər öz bildiyi kimi etsin”, - deyə qeyd olunur.

Eyni zamanda, şahzadə Filip dövlət səviyyəsində dəfn mərasiminin keçirilməsini də istəməyib, baxmayaraq ki, kraliçanın həyat yoldaşı kimi buna hüququ çatırdı.

Xatırladaq ki, şahzadə dünən 99 yaşında Vindsor Qalasında həyatla vidalaşıb.


Loading...

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ