RU
Salyanda ağır yol qəzası — Ölən və yaralananlar var
13:56
363

Salyanda ağır yol qəzası — Ölən və yaralananlar var

Salyan rayonunda ağır yol qəzası olub, ölən və yaralananlar var.

Hadisə Ələt-Astara magistralının rayonun Dayıkənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb. Nəticədə avtomobilin sürücüsü hadisə yerində ölüb. Avtomobildə olan sərnişinlər - üç qadın müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb./report
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ