Salyanda fermadan 4 baş inək oğurlanıb.
Bu barədə 7News.Az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Qardili kəndi ərazisindəki bir fermadan 4 baş inəyi və "Kanqal” cinsli iti oğurlamaqda şübhəli bilinən çoban, Ağsu rayon sakini Həbib Mehdiyev saxlanılıb.
Araşdırma aparılır.








