RU
Salyanda
21:00
824

Salyanda "patı" satan şəxslər tutuldu

Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan iki nəfər saxlanılıb.

7NEWS.Az xəbər verir ki, polis əməkdaşlarının keçirdiyi tədbirlərlə rayonun Sarvan kənd sakini Fərhad Səmədov saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar edilib.
Dindirilmə zamanı F.Səmədov narkotikləri tanışı Müşfiq adlı şəxsdən aldığını bildirib.

Əməliyyat tədbirlərinin davamı olaraq Salyan rayon sakini, əvvəllər narkotiklərə görə məhkum olunmuş Müşfiq Quliyev də saxlanılaraq istintaqa təqdim edilib. Saxlanılan zaman isə onun üzərindən müxtəlif çəkidə heroin və metamfetamin aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Salyan Rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi açılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ