RU
Salyanda usta yük maşınının altında qalaraq ölüb
14:18
48

Salyanda usta yük maşınının altında qalaraq ölüb

Salyanda yük maşınının altında qalan usta ölüb.

Hadisə Yeni Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, rayon sakini, 1986-cı il təvəllüdlü Sadıqov Vüsal Seyidməmməd oğlu yük maşınını təmir edən zaman digər avtomobil bu nəqliyyat vastəsinə çırpılıb.

Nəticədə yük maşınının altında qalan usta həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ