RU
Şamaxıda ağır qəza: ölən var
12:09
624

Şamaxıda ağır qəza: ölən var

Şamaxıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

7News.az DİN-ə istinadən verdiyi məlumata görə, aprelin 28-də saat 1 radələrində Şamaxı şəhərinin girişində şəhər sakini İlqar Teyfurovun idarə etdiyi "VAZ-21214" və Bakı şəhər sakini Nazim Manafovun idarə etdiyi "Wolksvagen" markalı avtomobillər toqquşub. Nəticədə İ.Teyfurovun sərnişini, həmyerlisi Ramin Nəsirov hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.
 
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ