RU
“Samsung” 2023-cü ildə çip istehsal gücünü artıracaq
15:33
115

“Samsung” 2023-cü ildə çip istehsal gücünü artıracaq


İqtisadi yavaşlama ilə bağlı proqnozlara baxmayaraq, Samsung gələn il Cənubi Koreyanın Pyeongtaek şəhərindəki ən böyük yarımkeçirici müəssisəsi olan P3 fabrikində çip istehsal gücünü artırmağı planlaşdırır. 

7NEWS.az xəbər verir ki,  "Samsung"dan fərqli olaraq, Micron Technology və TSMC istehsal həcmini azaltmaq qərarına gəldi. Məlumata görə, "Samsung” özünün P3 fabrikində DRAM yaddaş çipləri üçün 12 düymlük hissəcik lövhəsi tutumu, həmçinin müştərilərin dizaynına uyğun olaraq istehsal edilən çiplər üçün əlavə 4 nanometrlik çip istehsal gücü əlavə edəcək. 

"Samsung"un ən böyük çip istehsalı müəssisəsi olan P3 fabriki ən müasir NAND flash yaddaş çiplərinin istehsalına başlamışdı. Şirkət gələn il ən azı daha 10 maşın əlavə etməyi planlaşdırır. 

Texnologiya analitiklərinin fikrincə, şirkətin investisiya planlarında bu artım qərarı böyük ehtimalla şirkətin yaddaş çiplərində bazar payı alması ilə bağlıdır. Bu investisiya həm də bazar tələbinə uyğun olaraq səhm qiymətini dəstəkləməyə kömək edəcək. 

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ