RU
Samuxda yanğın olub - Ölən var
10:00
294

Samuxda yanğın olub - Ölən var

Samux rayonunda, fərdi  evdə baş verən yanğın ölümlə nəticələnib. 

Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Abbas Qasımov küçəsində qeydə alınıb.

Hadisə yerinə 2 yanğınsöndürən maşın cəlb olunub.

Ölən şəxs Samux rayon sakini, 1972-ci il təvəllüdlü Hüseynov Habil Mikayıl oğludur. Onun tüstüdən zəhərlənərək öldüyü bildirilir. 

O, hadisə zamanı evdə tək olub. Faktla bağlı araşdırma aparılır.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ