SON DƏQİQƏ: Fuat Avnı tutuldu

SON DƏQİQƏ: Fuat Avnı tutuldu

Türkiyədə 2014-cü ildən bəri mövcud hakimiyyətə qarşı çıxan və vətandaşları daim "iqtidarla mübarizə"yə çağıran, habelə ən məxfi məlumatları paylaşan "Fuat Avnı" profilinin arxasında duran şəxslər tutulublar.
7News.Az bildirir ki, Fuat Avnı Tvitter fenomeninə çevrilmişdi. Bu profilin daimi təqibçilərinin sayı 3,4 milyon nəfərdən artıqdı.
İstanbul polisinin bu gecə Türkiyə Nazirlər Kabinetində apardığı əməliyyat zamanı "Fuat Avnı" profilinin "daimi yazar"ları olan 9 nəfər və bu profili idarə edən Akif Mustafa Koçyigit yaxalanıblar.

 

Akif Mustafa Koçyigit Türkiyənin Nazirlər Kabinetinin İnformasiya-Məlumat Mərkəzinin Təhlükəsizlik Xidmətinin rəhbəridir.
Akif Mustafa Koçyigit çalışdığı vəzifə sayəsində Nazirlər Kabinetinə daxil olan bütün məlumatları, hətta ən məxfi informasiyaları da oxuya bilirdi. O, məlumatları toplayır, sonra xarici ölkələrdən birinə yollayırdı.
Həmin ölkədən də Tvitter-dəki "Fuat Avnı" profilinə girilir, məlumatlar və dezinformasiyalar yayılırdı.

7News.az

 

Xəbər lenti