Rusiya prokurorluğu "terror aktı” maddəsi ilə cinayət işi başladıb
Rusiyanın Sankt-Peterburq şəhərində metronun "Sennaya Ploşad" stansiyasında vaqonlardan birində yaşanan partlayışın baş vermə anının kadrları yayılıb.
Rusiya prokurorluğu "terror aktı” maddəsi ilə cinayət işi başladıb.
İstiPress-in "Tass” a istinadən verdiyi xəbərə görə, sabahdan Sankt-Peterburqda 3 günlük matəm elan olunub.
Qeyd edək ki, Sankt-Peterburq şəhərində metronun "Sennaya Ploşad" stansiyasında vaqonlardan birində baş vermiş partlayış nəticəsində ilkin məlumata görə, 10 nəfər ölüb, 47 nəfər xəsarət alıb.








