RU
lombard
“Sarkisyanın açıqlaması diktatorlar və hərbi xuntalara xas olan haldır” - AÇIQLAMA
14:17
792

“Sarkisyanın açıqlaması diktatorlar və hərbi xuntalara xas olan haldır” - AÇIQLAMA

"Sarkisyanın "İsgəndər” silahları ilə Azərbaycanı hədələməsi və erməni xalqını yeni müharibələrə sürükləyən açıqlaması diktatorlar və hərbi xuntalara xas olan haldır. Sarkisyanın bu çıxışı Ermənistanın hərbi xunta rejimi ilə idarə olunduğunu özünün isə səhra komandiri psixologiyasından ayrıla bilmədiyini sübut edir”.

Bunu sia-ya açıqlamasında Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının Rusiya nümayəndəliyinin sədri, diaspora üzrə ekspert Toğrul Allahverdili deyib.

Onun sözlərinə görə, dərin siyasi-iqtisadi, maliyyə böhranı şəraitində olan dövlətin başçısı kimi Sarkisyan  seçki öncəsi çıxışında ölkəni bu pis vəziətdən çıxarmaq və qonşu dövlətlərlə əlaqələri normallaşdırmaq əvəzinə, erməni xalqına yalnız yeni müharibələr vəd edir: "Ermənistan rəhbərliyi bir daha dövlət başçısı səviyyəsində Azərbaycanın Dağlıq Qarabağ regionu və ətraf rayonların Ermənistan tərəfindən işğal edildiyini və viranəyə çevrildiyini etiraf edir. Azərbaycan Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası regionda davamlı sülhün təmin olunmasının unikal modelini ortaya qoyduğu halda, Ermənistan rəhbərliyi özünün işğalçılıq və destruktiv siyasəti ilə "fəxr edir” hətta Azərbaycanı "İsgəndər” silahı ilə vuracağı ilə hədələyir”.

T.Allahverdili hesab edir ki, beynəlxalq ictimaiyyət bir daha görməli və dərk etməlidir ki, qoşunların təmas xəttində gərginliyin, erməni əsgərlərinin ölümü ilə nəticələnən hərbi avantüraların, o cümlədən aprel hadisələrinin, Ermənistan-Azərbaycan dövlət sərhədindəki təxribatların arxasında duran səbəbkar kimdir: "ATƏT-in Minsk Qrupunun həmsədrləri görməlidirlər ki, münaqişənin danışıqlar yolu ilə həlli üçün Azərbaycanın tərəf müqabili kimdir və hansı təfəkkürə malikdir. Regionda vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyət Ermənistanın cinayətkar hərbi-siyasi rejiminin üzərinə düşür”.

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ