RU
Sarkisyanın bloku nəticələri tanımadığını elan etdi
21:30
207

Sarkisyanın bloku nəticələri tanımadığını elan etdi

Ermənistanın "Mənim qürurum var” bloku 20 iyunda keçirilmiş parlament seçkilərinin nəticələrini tanımadığını elan edib.

Bu barədə blokun feysbuk səhifəsində yazılıb.

 

"Biz bəyan edirik ki, nəticələri tanımırıq. Bu nəticələr tunelin ucunda görünən işıq deyil, qaranlığın daha da tündləşməsidir. Seçki siyasi prosesə, Ermənistanı uçurumun kandarından çəkmək üçün "yol xəritəsi”nə çevrilmədi. Bu biabırçı seçki xalqımızın problemini həll etmədi. Təhlükəsiz, sabit və ləyaqətli bir gələcək üçün aşılması lazım olan yeni, daha mürəkkəb əngəllər yaradacaq”.

Qeyd edək ki, "Mənim qürurum var” Ermənistanın sabiq prezidenti Serj Sarkisyanı dəstəkləyir.

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ