RU
Sarkisyanın Qarabağa səfərinin detalları - MÜHARİBƏ ƏMRİ
13:07
529

Sarkisyanın Qarabağa səfərinin detalları - MÜHARİBƏ ƏMRİ

Ermənistan prezidenti Serj Sarkisyanın dekabrın 8-də Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfərinin detalları məlum olub.

Səfər zamanı Sarkisyan Xankəndində bir neçə mədəniyyət xadimi və ziyalılarla görüşüb.

Maraqlıdır ki, görüşdə iştirak edənlərin əksəriyyəti Ermənistandan gələnlər olub.

Sarkisyan Qarabağ münaqişəsinin nizama salınması haqqında danışıb və qeyd edib ki, faktiki olaraq, danışıqlar dayanıb. O, həmçinin, ordunun və əhalinin çətin vəziyyətə hazır olmasını qeyd edib.

Sarkisyan hər kəsin yeni müharibəyə hazır olmasını tapşırıb.

Erməni analitik Musa Mikaleyan Sarkisyanın müharibə mesajını sərt tənqid edib.

"Sarkisyan hər kəsin müharibəyə hazır olmasından danışır, lakin özü belə bir təhlükəyə hazırdırmı? Hər şeydən öncə Ermənistan hakimiyyətinin özü buna hazır olmalıdır. Aprel müharibəsini xatırlamağa dəyməz, bu, bizim utanc yerimizdir. Əsas olan məğlubiyyətdən nəticə çıxarmağımızdır ki, hazırda Ermənistan hakimiyyətinin addımlarında bu hiss olunmur. Bu, sadəcə kədərli dərsdir. Hələ də ordu təmin olunmamış ailələrin övladlarından, kasıblardan formalaşdırılır. Hakimiyyətə isə yalnız şirin meyvələr - maddi xeyirlər, rahatlıq, saraylar, təmtəraqlı kurortlar dünyanın ən yaxşı klinikalarında tibbi xidmətlər qalır. Əsgərlərin adi tibbi yardım almaq imkanı isə yoxdur. Bu vəziyyətdə hansı müharibədən danışmaq olar. Sarkisyan sadəcə hiyləgərlik edir”, - deyə erməni analitik bildirib.//publika.az
 
7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ