RU
Sarqsyan kəndə köçür
14:22
456

Sarqsyan kəndə köçür

Ermənistanın sabiq prezidenti Serj Sarqsyan noyabr ayının sonlarında hökumət iqamətgahını tərk edəcək.

7News.Az modern.az-a istinadən xəbər verir ki, keçmiş prezident Sarqsyan ailə üzvləri ilə birlikdə Kotayk vilayətinin Dzoraxpyur kəndində öz kürəkəni Mikael Minasyana məxsus malikanəyə köçəcək.

 

Paşinyanın mətbuat katibi Arman Yeqiyan Sarkisyanın hökumətin yaşayış kompleksini tərk edəcəyini açıqlayıb. O, keçmiş prezidentə statusuna uyğun olaraq daimi yaşayışı üçün 10 fərqli malikanənin təqdim olunduğunu amma təkliflərin hamısının geri çevrildiyini deyib.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ