Səudiyyə Ərəbistanının milli neft şirkəti olan "Saudi Aramco”nun ilin üçüncü rübündə xalis mənfəəti neft qiymətlərinin yüksək olması səbəbindən əvvəlki ilin eyni dövrü ilə müqayisədə 39 faiz artaraq 42,4 milyard dollara çatıb. İngilis enerji şirkəti "British Petroleum” (BP) isə 8,15 milyard dollar mənfəət əldə etdiyini açıqladı.
7NEWS.az xəbər verir ki, Saudi Aramco 2022-ci ilin üçüncü rübü üzrə maliyyə nəticələrini açıqlayıb. Dünyanın ən dəyərli şirkətlərindən biri olan Aramco, 2022-ci ilin iyul-sentyabr dövründə xalis mənfəətini illik 39 faiz artıraraq 42,4 milyard dollara çatdırıb.
Şirkət aprel-iyun dövründə 48 milyard dollar xalis mənfəət açıqlayıb. Beləliklə, üçüncü rüb mənfəətinin neft qiymətlərinin yüksək olması səbəbindən şirkətin kütləvi təklifindən sonra əldə etdiyi ikinci ən böyük xalis mənfəət olması diqqət çəkirdi.
7NEWS.az








