RU
Savçenko bu gün qaytarıla bilər
14:09
1023

Savçenko bu gün qaytarıla bilər

Rusiyada həbsdə olan pilot, Ali Radanın deputatı, “Ukrayna qəhrəmanı” Nadejda Savçenko bu gün Ukraynada məhkum olunan Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) zabitləri Yevgeni Yerofeyev və Aleksandr Aleksandrovla dəyişdirilə bilər.

7News.Az -ın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, Ukrayna prezidenti Pyotr Poroşenkonun təyyarəsi Savçenkonu vətənə gətirmək üçün Rusiyanın Rostov şəhərinə yola düşüb. 

“Yaxın saatlarda göyərtəsində Yerofeyev və Aleksandrovun da olduğu prezident təyyarəsi Rostova enəcək. Savçenko artıq Rostovdadır”, - deyə məlumatlı mənbə bildirib. O, elə aeroporta rus hərbçiləri ilə Savçenkonun dəyişdiriləcəyini söyləyib. 

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov onda belə bir məlumatın olmadığını bildirib. 

Bu gün Poroşenko tərəfindən “QRU” əməkdaşlarının əfv olunması gözlənilir. 

Xatırladaq ki, martın 22-də Rusiyanın Rostov vilayətinin Doneçk şəhər məhkəməsi sabiq Ukrayna hərbçisi Nadejda Savçenkonun 22 il müddətinə azadlıqdan məhrum edilməsi ilə bağlı qərar verib.

Savçenko “VQTRK” şirkətinin jurnalistləri İqor Kornelyuk və Anton Voloşinin öldürülməsində, həmçinin Rusiya Federasiyası sərhədlərinin qanunsuz şəkildə keçməkdə şübhəli bilinib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ