Almaniya vətəndaşlarının əksəriyyəti kansler postunda Nazirlər Kabinetinin hazırkı rəhbəri Angela Merkeldən çox, Sosial Demokrat Partiyasının namizədi Martin Şultsu görmək istəyirlər.
7news.Az TASS-a istinadən xəbər verir ki, bunu ZDF telekanalının sifarişi ilə "Forschungsgruppe Wahlen”in keçirdiyi sorğunun nəticələri göstərir.
Belə ki, əgər kansler birbaşa səsvermə yolu ilə seçilsəydi, Şultsa 49%, Merkelə isə 38% seçici səs verərdi. 38% seçici isə namizədlər arasında fərq görmədiklərini deyiblər. Kanalın məlumatına görə, bu Sosial Demokrat Partiyasının namizədi üçün irəliləyişdir, yanvar ayında ZDF-nin sorğuda iştirak edənlərin 44%-i Merkelin, 40%-i isə Şultsun tərəfində olduqlarını bildirmişdilər. Sosial Demokrat Partiyasının namizədinin tərəfdarlarının sayı artsa da, sorğuda iştirak edənlərin 71%-i Merkelin öz vəzifəsinin öhdəsindən gəldiyini, 24%-i isə əksini bildiriblər.
Bundestaqda seçkilər 24 sentyabrda baş tutacaq. Seçkilərin nəticələrinə görə, kansler başda olmaqla yeni hökumət təşkil ediləcək.
7news.Az








