RU
Səfir İran Ordusunun Azərbaycanla sərhəddə təlimlər keçirməsinə aydınlıq gətirib
19:55
149

Səfir İran Ordusunun Azərbaycanla sərhəddə təlimlər keçirməsinə aydınlıq gətirib

"İranın keçirdiyi təlimlərlə bağlı məsələ yanlış formada təqdim olunub. Dövlətlərin mövqeyini rəsmi qurumların təmsilçiləri ifadə edir, digər şəxslər yox”.

7NEWS.Az-ın məlumatına görə, bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi deyib.

Səfir qeyd edib ki, təlimlərlə bağlı məlumatı aylar öncə Azərbaycan tərəfinə bildirib, bu, planlı təlim olub: "Bu təlimlər davamlı həyata keçirilir, bundan əvvəl Qərbi Azərbaycanda keçirilib. Hərbi gücümüz dostlarınızın xidmətindədir, dostlarımıza qarşı təhdid sayıla bilməz”.
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ