RU
Səftər Hacıyev
15:43
971

Səftər Hacıyev "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi

Preziden İlham Əliyev S.H.Hacıyevin 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasına sadiqliyinə, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirdiyinə, dövlət mühafizə obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyini yüksək peşəkarlıqla təmin etdiyinə görə polkovnik Səftər Heydər oğlu Hacıyev 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilsin".

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ