Suriyada üsyançılar Hələb şəhərinin mühasirəsini yarmaq üçün hücumları davam etdirir.
Mühasirədən çıxmaq istəyən müxalif qüvvələrə blokadada olmayan üsyançılar da dəstək verir. Müdaxilələrə baxmayaraq hökumət qüvvələri geri çəkilməyib.
Qeyd edək ki, hazırda 300 min əhalisi olan Hələbin bir hissəsi üsyançılar, digər hissəsi isə İŞİD terror qruplaşmasının nəzarətindədir. Uzun müddətdir şəhəri blokadada saxlayan hökumət qüvvələri, bu yolla üsyançıların müqavimətini qırmağa çalışır.
7News.az







