Mövzunu 7news.az-a şərh edən Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı müharibə veteranlarına dövlətin nəzarətində xüsusi diqqət göstərildiyini deyib.
O bildirib ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşüb əlil olanlar dövlətin dəyərli insanlarıdır:
"Müharibə veteranlarının təminatında hər hansı problem görünmür. Onlar Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşüb əlil olan dəyərli insanlardır. Onlara diqqət göstərmək dövlətin xüsusi nəzarətindədir”.
Millət vəkili şəhid ailələri və müharibə əlillərinin mənzil təminatı məsələsinə də münasibət bildirib:
"Hər il şəhid ailələrinin, müharibə əlillərinin əmlaki təminatına diqqət yetirilir. Nəzərə almaq lazımdır ki, növbədə gözləyənlər çoxdur. Bu gün onlar evlə təmin olunur, hətta onlara ayrılmış torpaq sahələrində ayrıca evlər də tikilir.
Eyni zamanda belə həssas qruplar nəqliyyatla təmin olunurlar. Dövlətin qayğısı bu istiqamətdə var və bunu problem adlandırmaq olmaz”.








