Ötən gün Türkiyənin Tunceli vilayətində qəzaya uğrayan helikopter içərisindəki 12 nəfərin şəhid olduğu haqda məlumat vermişdik.
7News.az haberler-ə istinadən xəbər verir ki, Tuncelidə qəzaya uğrayan helikopterdə şəhid olan polis Məsud Özdəmirin qəzadan dəqiqələr öncə mobil telefonu ilə sosial şəbəkə hesabında canlı yayım etdiyi ortaya çıxıb.
2 qardaşı olan şəhidin 2011-ci ildən polis olduğu, 4 illik xidmətindən sonra Qaziantepdən Tuncelidə təyinat aldığı deyilir. O da vurğulanır ki, 2017-ci ilin iyul ayında məmləkəti Qaziantəpə geri dönmə planları quran şəhid polisin çalışdığı bölməyə 2 ay əvvəl hücum edilib. Terrorçuların bölməyə etdiyi həmin hücum zamanı Məsud Özdəmirin öldümdən xilas olduğu ortaya çıxıb.
7News.az










