RU
Şəhid Nihat Verdiyev Gəncədə dəfn olunub
17:30
165

Şəhid Nihat Verdiyev Gəncədə dəfn olunub

Ermənistanın təxribatı nəticəsində şəhid olan Nihat Nicat oğlu Verdiyev torpağa tapşırılıb.

2003-cü il təvəllüdlü Nihad Verdiyevin nəşi Gəncə şəhər Cavad xan qəsəbəsində yaşayan ailəsinin evinə gətirilib.

Şəhid Gəncədə Şəhidlər xiyabanında dəfn olunub.

Dəfn mərasimində şəhidin yaxınları, rəsmi şəxslər, ictimaiyyət nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları və sakinlər iştirak ediblər.

Əslən Daşkəsən rayonundan olan şəhid N.Verdiyev yaylım atəşi sədaları altında torpağa tapşırılıb.

Allah rəhmət eləsin!

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ