RU
Şəhid polkovnikimizlə vida mərasimi
11:54
1395

Şəhid polkovnikimizlə vida mərasimi

Azərbaycan ordusunun şəhid olan zabiti, polkovnik-leytenant Raqub Orucovla vida mərasimi başlayıb.

Təmas xəttində düşmənlə gedən döyüşdə şəhid olan R.Orucovla vida mərasimində Müdafiə Nazirliyinin, Sumqayıt Şəhər İcra Hakimiyyətinin rəsmiləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Şəhidin qardaşı Zabil Orucov onun həyat yolundan danışıb: "Qardaşım bu vətən üçün doğuldu, bu vətən üçün şəhid oldu".

R.Orucovun vida mərasiminə gələnlər "Şəhidlər ölməz, vətən bölünməz!", "Qarabağ bizimdir, bizim olacaq!" və digər bu kimi şüarlar səsləndiriblər.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ