Ordu.az xəbər verir ki, şəhidimizin cənazəsini rayon ictimaiyyətinin nümayəndələri və kənd sakinləri qarşılayıb. Şəhidin nəşi sabah doğulub, boya-başa çatdığı kənd qəbirstanlığında torpağa tapşıralacaq.
Şəhid hərbçimizin atası Əli Tatarovun sözlərinə görə, Adilin komandiri ondan oğlunun müddətli xidmətdən sonra da hərbi hissədə xidmətini davam etdirməsi üçün xahis edib.
Adilin uğurları hələ uşaq yaşlarından başlayıb. O, VMH poliotlan çoxnövçülüyü üzrə, Vətənin müdafiyəsinə hazıram, Şahin hərbi idman oyunlarında çoxnövlü idman sahələri üzrə fərqli dərəcələrə və diplomlara sahib olub.
Xatırladaq ki, Qıraq Kəsəmən kəndi Qarabağ müharibəsində 6 şəhid verib. Adil isə atəşkəs elan olunduqdan 24 il sonra ilk şəhiddir. Hazırda bu kəndin gənclərinin böyük əksəriyyəti ön cəbhədə xidmət edir.










7news.Az








