"Azərbaycan pandemiyaya qarşı vaxtında ciddi tədbirlər həyata keçirib".
Bunu Səhiyyə naziri Oqtay Şirəliyev deyib.
O bildirib ki, yalnız səyləri birləşdirərək, məqsədyönlü, düşünülmüş fəaliyyət strategiyasını quraraq pandemiyaya qarşı mübarizədə uğur qazanmaq olar: "Biz beynəlxalq təsisatlarla və dünya birliyi ilə bundan sonra da əməkdaşlıq etməyə hazır olduğumuzu bildiririk. Əminəm ki, bu gün nümayəndə heyətlərinin başçıları, beynəlxalq təşkilatların rəhbərləri tərəfindən səslənən dəyərli fikir və təkliflər koronavirusa qarşı birgə mübarizəmizə kömək edəcək".
Səhiyyə naziri, professor Oqtay Şirəliyev öz çıxışında bildirib ki, Azərbaycan pandemiyaya qarşı vaxtında ciddi tədbirlər həyata keçirib:
"Bunun da nəticəsində hazırda 10 milyon əhalisi olan ölkədə cəmi 3274 yoluxma halı qeydə alınıb, onlardan 2015-i sağalıb, ölüm halları isə 1,2% təşkil edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xalqa çağırışla müraciət edib ki: «Biz birlikdə güclüyük». Qeyd etmək istəyirəm ki, bu çağırış beynəlxalq səviyyədə də aktualdır. Yalnız səyləri birləşdirərək, məqsədyönlü, düşünülmüş fəaliyyət strategiyasını quraraq pandemiyaya qarşı mübarizədə uğur qazanmaq olar. Biz beynəlxalq təsisatlarla və dünya birliyi ilə bundan sonra da əməkdaşlıq etməyə hazır olduğumuzu bildiririk. Əminəm ki, bu gün nümayəndə heyətlərinin başçıları, beynəlxalq təşkilatların rəhbərləri tərəfindən səslənən dəyərli fikir və təkliflər koronavirusa qarşı birgə mübarizəmizə kömək edəcək".
7News.Az








