RU
Şəhriyar del Gerani müxalifətə səsləndi:
10:00
2636

Şəhriyar del Gerani müxalifətə səsləndi: "Gəncləri pərən-pərən salmayın, "həqiqət" tərəfdarısınızsa özünüzü tutdurun"

7news.az xəbər verir ki, bu barədə tanınmış şair sosial şəbəkədə şərh yazıb. Şərhi olduğu kimi təqdim edirik:Son günlər mənə ünvanlanan suallar arasında ən çox nəzərə çarpanı mərhum Heydər Əliyevin heykəlinin pyedestalı üzərində bayağı söz oyunu ilən məşğul olan gənclərin həbsi barədə. Qısa olaraq cavablandırım. Ki, ol gənc yoldaşlar apardıqları mübarizə fasonun mahiyyətini dərk etməmiş vətəndaşlar. El arasında elə uşaqlara üzümüzdən iraq "tırkaya gedən" yaxud, "təkərə düşən" deyirlər. Onlar məlum və məşum müxalifət iqtidarının (red - müxalifət nazirliyi* də demək məqbul) məşum və məlum yerlərdən aldıqları bic məbləğli qrantların emosional, sadəlövh qurbanları. Heydər bəy istər Azərbaycan, İstərsə də böyük Şərq, xüsusilə Qafqaz regional milli arialında, dövlətçilik epoxasında tarixi şəxsiyyətdir əl-əlbət. Ol gənclərin bu heyrətamiz imzadan xəbərləri yox, məlum. Onlar, pambıq dillə ifadə etsək - müxalifətin iqtidar artistlərinin - yumşaq dillə desək - marionetkaları. Bu, öz yerində. Di gəl ol növcavanlara kəsilən "iş" ilə də razı deyiləm. Mən, həbsxana görmüş, hətta dünyanın ən dəhşətli 10 zindanından biri hesab olunan "ETTELAAT" zirzəmilərində ömrümdən aylar vermiş adamam. Tam səmimiyyətim, yaşamışlığım və məsuliyyətimlə deyirəm: həbsxana bir insanın görəcəyi ən sonuncu yerdir. Hətta cəhənnəm varsa, o da həbsxanadan sonra gəlir. Dediyim bu. Ki, haqqında bəhs etdiyim gənc dostlara, vətəndaşlara 10 il həbs cəzası vermək də insafdan deyil. Onların ən layiqli cəzası mədəniyyətsizlik edərək "kirlətməyə" çalışdıqları abidənin təmizlik işləri olardı. Məsələn, yaxşı olardı o uşaqlar həmin abidənin yerləşdiyi parkın və heykəlin özünün təmizlik işləri ilə məşğul olmağa cəlb olunsunlar. Heç olmasa 5 il. Gedib ağlı başında təmizlik etsinlər 5 il boyunca. Gözümüzün qabağında o qədər tərbiyəsiz şəhər sakinləri var. Onların geridə buraxdığı zibilləri təmizləməklə cəmiyyətə daha çox xeyir vermiş olarlar. Nəinki bu tövr qeyri-etik davranış sərgiləyibən həbsxanada ömürlərinin ən gözəl illərini çürütməklə. Məndən bu qədər. Bütün hallarda gənc vətəndaşlarımıza qapı açıqlığı diləyirəm. Və də müxalifət nazirliyinin əməkdaşlarından xahiş edirəm taa gəncləri tutdurmasınlar. Belə "həqiqət" tərəfdarlarıdırlarsa, özləri gedib yatsınlar Kürdəxanılarda, Qobustanlarda. Nelson Mandella nümunəsi var, a bəylər. Ümumiyyətlə müxalifət işverənliyindən iraq olun. Taa bəsdi. Bütün işıqlı gəncləri pərən-pərən saldınız - yarısını həbsxanalara, yarısını ölkə xaricinə, daha böyük qəfəslərə - qəribliyə. Etməyingil. Bizi işıqsız qoymayın. Gedin özünüz edin o "qəhrəmanlıqları", bir az da özünüzü tutdurun... Şəhriyar del Gerani Eşqlərimlə!
 
7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ