RU
Şəkidə 22 yaşlı qız bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb
23:21
903

Şəkidə 22 yaşlı qız bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb

Şəkidə 22 yaşlı qız bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.

7news.Az xəbər verir ki, Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-ya verilən məlumata görə, bu gün səhər saatlarında Şəki sakini, 1994-cü il təvəllüdlü İlahə Ehsan qızı Yusifova ağır vəziyyətdə xəstəxanaya gətirilib.

Həkim müayinəsi və araşdırması zamanı məlum olub ki, İ. Yusifova yaşadığı evin çardağından yıxılaraq bel fəqərələrini sındırıb. Müayinədən sonra İ. Yusifovaya L-1 və L-4 fəqərələrinin yerdəyişən sınığı diaqnozu qoyulub.

İ. Yusifova müayinə və müalicəsini davam etdirmək üçün Bakıdakı xəstəxanalardan birinə göndərilib.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ