Şəki rayonunda ötən gün ağır yanıq xəsarətləri alan şəxs xəstəxanada ölüb.
Ötən gün Şəki rayon Baş Kəldək kənd sakini, 1967-ci il təvəllüdlü Mais Qinyət oğlu Nəbiyev yaşadığı evdə yatdığı zaman çarpayının alışması nəticəsində ağır yanıq xəsarətləri almışdı.
M.Nəbiyev iyulun 15-də müalicə aldığı Şəki rayon Mərkəzi Xəstəxanasında ölüb.
22:52
Şəkidə 57 yaşlı kişi yanıq xəsarətləri alıb.
Şəki rayon Baş Kəldək kənd sakini 1967-ci il təvəllüdlü Mais Qinyət oğlu Nəbiyev ağır dərəcəli yanıq xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub.
Reanimasiya şöbəsinə yerləşdirilən kişinin müalicəsi xəstəxanada davam etdirilir.
M. Nəbiyevin hansı şəraitdə yanıq xəsarətləri aldığı hələlik məlum deyil.








