Bu sözlər hər hansı qorxu filmindən deyil, real həyatdakı "vampir"in dilindəndir.
"The Sun" Polşanın Krakov şəhərində yaşayan, silsilə cinayətlər törədən Kot adlı qatillə bağlı Hellouin bayramı ilə əlaqədar olaraq araşdırma aparıb.
"Krakovun vampiri" adlandırılan Kot 1960-cı illərdə uşaqları, qadınları bıçaqlayıb, sonra da qanlarını içib.
O, bəzi qurbanlarını zorlayıb, dərilərini soyub, sonra da yandırıb. Deyilənə görə, onun işgəncələrinə qadınların cinsiyyət orqanına partlayıcı qoymaq və qızların gözlərini çıxartmaq da daxil imiş.

Onun atası mühəndis, anası isə evdar qadın olub. 8 yaşına kimi evin tək uşağı olan Kot bacısı dünyaya gəldikdən sonra onun paxıllığını çəkib.
Kot ailəsi başqa yerdə istirahətdə olan zaman qəssabların yanına gedərək onların heyvanları necə doğradıqlarını izləyib, donuz kəsənlərə yardım edib və onun qanını içib.
Məktəbdə qızların intim bölgələrinə toxunduğuna görə onu "seks manyakı" adlandırıblar və onunla dostluq edən olmayıb.
Kot məktəbliykən qurbağa, qarğa, köstəbək və toyuqları doğrayaraq onlara işgəncə verməkdən zövq alırmış.

Onun 17 yaşı tamam olanda diqqətini insanlara, xüsusən də qadınlara yönəldib. 48 yaşlı Helen Velgen və Franciszka Lewendowska Kotun ilk qurbanlarındandır.
Onun üçüncü qurbanı 86 yaşlı qadın olub və o, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Hətta deyilənə görə, o, xəstəxanaya gedərək qurbanının necə əziyyət çəkdiyini də izləyib.
O, daha sonra 11 və 8 yaşlı uşaqları da bıçaqlayaraq öldürüb.
Kotun həbs olunmasında onun "sevgilisi" Danutanın böyük rolu olub. Belə ki, Kot ona inanaraq dəfələrlə sirrini açsa da, Danut onun ciddi olmadığını düşünüb.
Danuta qəzetdə xəbərləri gördükdən sonra Kotun qatil olduğuna əmin olub və onu polisə verib.

O, 1966-cı ilin iyun ayında tutulub. 1968-ci ilin mart ayında edam edilib. Kot 2 nəfəri öldürüb, 10 nəfəri öldürməyə cəhd edib, 4 ev yandırıb.
"Bıçağın əti kəsdiyi zaman aldığım zövq dar ağacından asılmağa dəyər", - Kot edam edilməzdən əvvəl söyləyib.
Edamdan sonra aparılan autopsiya əməliyyatı nəticəsində məlum olub ki, Kotun beynində şiş varmış. Düşünülür ki, onun belə psixoloji problemlərinin olması və ya qan içməyə meyilliliyi bununla əlaqəlidir.
7News.Az










