RU
Şəmkirdə 2 avtomobil toqquşub, 1 nəfər ölüb
21:20
227

Şəmkirdə 2 avtomobil toqquşub, 1 nəfər ölüb

Bakı-Qazax avtomobil yolunun Şəmkir rayon ərazisindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

7NEWS.Az-ın  məlumatına görə, 2 minik avtomobilinin toqquşması nəticəsində sürücülərdən biri aldığı ağır xəsarətlərdən dünyasını dəyişib.

Onun şəxsiyyəti dəqiqləşdirilir.

Xəsarət alan digər şəxs isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ