Şəmkir şəhərində bıçaqlanma hadisəsi olub.
Rayon sakini, 1975-ci il təvəllüdlü C.Məmmədov mərkəzi küçələrin birində mübahisə zəminində bıçaqlanıb.
O, xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.
Hadisənin kim tərəfindən və hansı səbəbdən törədildiyi hələ məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
7NEWS.Az








