Şəmkirdə evdə 69 yaşlı qadının meyiti aşkarlanıb.
7News.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Şiştəpə kəndində qeydə alınıb.
Məlumata görə, kənd sakini, 1957-ci il təvəllüdlü X.Gözəlovanın meyiti yaşadığı evdə tapılıb.
Hazırda hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub. Qadının ölüm səbəbi hələlik məlum deyil.
Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.








