RU
İlon Mask:
13:40
22

İlon Mask: "COVID-19-un yaranmasında USAID əsas rol oynayıb"

Amerikalı sahibkar və milyarder İlon Mask ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) COVID-19-un yaranmasında əsas rol oynadığını iddia edib.

7News.Az xarici mətbuata istinadən xəbər verir ki, Mask bu barədə "X" sosial şəbəkəsində bir istifadəçinin paylaşımına münasibət bildirərkən yazıb.
 
Həmin paylaşımda USAID-in Uhan Virusologiya İnstitutuna 53 milyon dollar vəsait ayırdığı iddia olunub.

"USAID-in maliyyələşdirməsi COVID-19-un yaradılmasında mərkəzi rol oynayıb",- deyə İlon Mask rəydə qeyd edib.

Qeyd edək ki, Maskın bu açıqlaması şəxsi mövqeyini əks etdirir. COVID-19-un mənşəyi ilə bağlı elmi və rəsmi araşdırmalar hələ də müzakirə mövzusudur və Maskın iddiasını təsdiqləyən yekun elmi konsensus mövcud deyil.
 
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ