Şəmkir rayonunda idarəetmədən çıxan "VAZ" markalı minik avtomobili maneəyə çırpılıb, sürücü və sərnişini xəsarət alıb.
Hadisə rayonun "Karaz yolu" adlanan yolda qeydə alınıb.
Hadisə nəticəsində Gədəbəy rayon sakini, 2004-cü il təvəllüdlü Pərvin Sahib oğlu Mustafayev və Şəmkir rayon sakini, 2007-ci il təvəllüdlü Aşırəlıyev Ayxan Elbrus oğlu müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər.
Zərərçəkənlərin vəziyyəti orta-ağır və kafi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
7NEWS.Az








