RU
Şəmkirdə azyaşlı kanalda boğulub
19:15
2143

Şəmkirdə azyaşlı kanalda boğulub

Şəmkirdə bədbəxt hadisə baş verib.

7NEWS.Az-ın yerli bürosunun məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. Kənd sakini, 2012-ci il təvəllüdlü Tağıyev Nihat Azər oğlu kənd ərazisindən keçən kanalda əlini yuyarkən kanala düşüb. Azyaşlının meyiti kanaldan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ