RU
Şəmkirdə qanlı hadisə: 26 yaşlı oğlan qətlə yetirildi
11:50
39

Şəmkirdə qanlı hadisə: 26 yaşlı oğlan qətlə yetirildi

Şəmkir rayonunun ərazisində yerləşən kafelərdən birində qətl hadisəsi baş verib.

7News.Az apa-ya istinadən xəbər verir ki, 1999-cu il təvəllüdlü S.Tağıyev ürək nahiyəsindən aldığı bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Həkimlərin bütün müdaxilələrinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Araşdırma zamanı məlum olub ki, hadisə S.Tağıyevlə həmyerlisi, 1998-ci il təvəllüdlü F.Həsənov arasında baş verən mübahisə zamanı qeydə alınıb. Mübahisə nəticəsində F.Həsənov S.Tağıyevi kəsici alətlə vurub.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində F.Həsənov saxlanılaraq istintaqa təhvil verilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ