Gəncədə baş verən qətl hadisəsi zamanı bir nəfər bıçaq xəsarəti alıb.
Düşən dava zamanı qətlə yetirilən şəxsin oğlu 2005-ci il təvəllüdlü Elşən Əliyev bıçaq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.
TƏBİB-dən verilən məlumata görə, 2005-ci il təvəllüdlü şəxs (kişi) iyunun 12-də saat 00:40 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub: "Sağ döş qəfəsinin kəsilmiş, deşilmiş yarası, sağ boyonun və sağ biləyin deşilmiş yarası diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən pasiyent ambulator müalicə üçün evə buraxılıb".
***
00.06
Gəncədə qətl hadisəsi baş verib.
1963-cü il təvəllüdlü F. Əliyev bıçaqlanaraq qətlə yetirilib.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən 29 yaşlı Ramazan Əliyev saxlanılaraq istintaqa təhvil verilib.
İlkin məlumata görə, hər iki şəxs qohum olub.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.








