RU
Şəmkirdə törədilən bıçaqlanma hadisənin təfərrüatı məlum olub - YENİLƏNİB
10:40
99

Şəmkirdə törədilən bıçaqlanma hadisənin təfərrüatı məlum olub - YENİLƏNİB

Şəmkirdə törədilən bıçaqlanma hadisənin təfərrüatı məlum olub.

İlkin məlumata görə, rayonun Könüllü kəndində - 1989-cu il təvəllüdlü Pərviz İsayev 1977-ci il təvəllüdlü Azər Əliyevlə söyüş üstdə mübahisə edib.

Bu zaman P.İsayev A.Əliyevə bir neçə bıçaq zərbəsi vuraraq ona xəsarətlər yetirib. Bundan xəbər tutan A.Əliyevin qardaşı, 1987-ci il təvəllüdlü Bəxtiyar Əliyev hadisə yerinə gəlib və üzərində olan bıçaqla P.İsayevə xəsarətlər yetirib.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Polis B.Əliyevi saxlayıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

07:59
Şəmkir rayonunda bıçaqlanma hadisəsi olub.

Rayon sakini, 33 yaşlı P.İsayev mübahisə zəminində iki bıçaq xəsarəti alıb.

O, Gəncədə xəstəxanaya yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir.

Fakt araşdırılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ