Şəmkirdə yanğın hadisəsi qeydə alınıb.
Hadisə rayonun Sabirkənd kəndində baş verib. Belə ki, kənd sakini 1993-cü il təvəllüdlü Telman Əliyevə məxsus 55 kv metr olan mal tövləsində qəfl yanğın başlayıb. Alov o qədər güclü olub ki, qonşuluqda yerləşən 1978-ci il təvəllüdlü Fərqanə Məmmədovaya məxsus tövləyədə keçib. Dərhal hadisə yerinə FHN-nın Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb edilib. Yanğın zamanı T.Əliyevə məxsus 55 kv metr tölvə tamamı ilə yanıb, tövlədə olan 28 baş xırda buynuzlu mal-qaranın 20-si yanaraq tələf olub, 8-i isə yanğınsöndürənlər tərəfindən xilas edilib.
Tövləyə bitişik F.Məmmədovaya məxsus 64 kv metr tövlənin yanar konstruksiyaları yanıb. Alov söndürülüb, yaxınlıqda olan evlər yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmasa da, təsərrüfat sahibinə xeyli ziyan dəyib. Hadisə yerinə aidiyyatı qurumların əməkdaşları cəlb edilib.
Baş verən yanğın hadisəsi ilə əlaqədar qrumlar tərəfindən araşdırmalar aparılır./Unikal.az








