Restorandan kartof çipsi almağa gələn kişi girişdə dayanan yeniyetmələrlə mübahisə etdikdən sonra aldığı yumruq zərbəsindən huşunu itirib.
49 yaşlı Keith Maden restorandan çipsi almaq istəyərkən girişdə dayanan oğlanlara orada dayanmamağı tövsiyə edib. Sərxoş oğlanlar isə kişiylə mübahisə edib, onu söyüblər. Kişi də söyüşə qarşılıq verib. Nəticədə 19 yaşlı oğlan - Cəfər Əli kişiyə yumruq vurub. 49 yaşlı Keyt 1 zərbə ilə yerə yıxılıb. Xəstəxanaya çatdırılan kişi səhəri gün dünyasını dəyişib.
Cəfər Əli və yaxın dostu hadisə yerindən qaçıblar. O, yumruq vuran vaxt kişiyə "sən buna layiqsən" deyib.
Hadisə Mançester şəhərinin Roçdal rayonundakı "Dixy's Chicken" restoranının qarşısında baş verib. Həmin anlar təhlükəsizlik kameralarına düşüb.
Cəfər Əliyə 4 illik hökm oxunub. O, hökm oxunarkən hakim qarşısında ağlayıb.
Qeyd edək ki, 49 yaşlı Keit fiziki qüsurlu olub.
7News.Az









