RU
12:21
548

"Sən əxlaqsızsan, ölməlisən!" - Evinin qarşısında döyüb öldürdülər - FOTOLAR

Sən əxlaqsızsan! Sən nə kişisən, nə də qadın! Ölməlisən!
 

Bu sözləri deyən 6 nəfər Dandara duş Santuşu evindən sürüyüb çıxarıblar və döyməyə başlayıblar.

Santuşu vəhşicəsinə döyən şəxslər onu əl arabasına yükləyərək küçənin kənarındakı zibilxanaya atıblar.

7News.az O Globo-ya istinadən bildirir ki, olay Braziliyanın Fortaleze şəhərində yaşanıb. Şəxsiyyətləri hələlik naməlum olan 6 nəfər 42 yaşlı transseksual Dandara duş Santuşu evindən sürüyüb çölə çıxarandan sonra döyərək öldürüblər.

 

Polis olayla bağlı təhqiqata başlayıb. Cinayətkarlar axtarılır.

Braziliya Transatlantika Şəbəkəsinin açıqlamasına görə, ötən ay ölkədə 5 transseksual amansızlıqla qətlə yetirilib.

7News.az




BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ