İş yoldaşını bıçaqlayıb öldürdü.
Dəhşətli hadisə Muğlanın Bodrum rayonunda baş verib.
Məlumata görə bir otelin çimərliyində təhlükəsizlik işçisi işləyən 29 yaşlı Kənan Maral eyni otaqda qaldığı həmkarı Müzəffər E.-yə daha əvvəl xoruldadığı üçün xəbərdarlıq edib.
Hadisədən bir gün əvvəl ikili arasında yenidən 'xoruldama' səbəbiylə mübahisə baş verib. Bu səbəbdən müdriyyət tərəfindən onların növbə saatları dəyişdirilib. Gecə növbəsində işləyən Müzəffər E. səhər saatlarında işə gələn həmkarı Marala onu yuxudan oyatdığı üçün 20 bıçaq zərbəsi vurub.
Cinayəti törətdikdən sonra Muzaffer E. polisə təslim olub. Hadisə yerinə gələn təcil tibbi yardım həkimləri çoxsaylı bıçaq xəsarətləri alan Kənan Maralın dünyasını dəyişdiyini müəyyən ediblər.
Araşdırma aparılır./olke
7NEWS.Az








