RU
Şengen vizası bahalaşır
17:20
739

Şengen vizası bahalaşır

Avropa İttifaqı Şengen vizasının dəyərini artırmaq qərarına gəlib.

7news.Az-ın məlumatına görə, Avropa İttifaqı Şurası viza məcəlləsinə dəyişikliklər təklifi ilə bağlı danışıqlara başlayacaq.

Yeni qaydalara əsasən viza müraciətini əvvəl olduğu kimi, səfərdən 15 gün əvvəldən gec olmayaraq deyil, 6 ay əvvəl yerləşdirmək mümkün olacaq.

Dəyişikliklərdən sonra Şengen vizasının qiymətinin 80 avroyadək artırılacağı gözlənilir.

Hazırda Şengen vizasının standart qiyməti 60 avrodur.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ