RU
Sergey Lavrovla Ararat Mirzoyan arasında telefon danışığı olub
19:40
10

Sergey Lavrovla Ararat Mirzoyan arasında telefon danışığı olub

Rusiya xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyanla telefon danışığı aparıb.

7NEWS.Az-ın xəbərinə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, telefon danışığı zamanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) noyabrın 23-də İrəvanda baş tutacaq Kollektiv Təhlükəsizlik Şurasının sessiyasına hazırlıq müzakirə edilib.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinin KTMT-nin İrəvanda baş tutacaq sammitində iştirak edəcək.
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ