RU
lombard
Sergey Narışkin:
22:20
814

Sergey Narışkin: "MDB-nin kəşfiyyat orqanları "Taliban"ın hərəkətlərini yaxından izləyir"

"MDB ölkələrinin kəşfiyyat orqanları Əfqanıstanda hakimiyyəti ələ keçirmiş "Taliban"ın hərəkətlərini yaxından izləyir”.

7NEWS.Az TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin deyib.

"Hazırkı ssenariyə əsasən, proseslərin inkişaf edəcəyini proqnozlaşdırırıq. Odur ki, yeni hökumətin fəaliyyətini yaxından izləməyə və MDB ölkələrindən olan həmkarlarımızla informasiya mübadiləsi aparmağa davam edirik”, - o qeyd edib.

S.Narışkin vurğulayıb ki, həm miqrasiya, həm də narkotik ticarəti ilə əlaqədar olaraq Əfqanıstandakı hadisələr qonşu ölkələr üçün təhlükədir: "Ümumiyyətlə, vəziyyət ciddidir və Əfqanıstan ərazisindən gələn terror təhlükəsi daha da artıb. Xüsusi xidmətlər, hərbçilər bir sıra təhdidlərdən qorunmaq üçün qabaqlayıcı tədbirlər görürlər".
 
 
7NEWS.Az 
Loading...

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ