RU
Sərhəddə yarım kiloqram qızıl tutuldu
12:19
921

Sərhəddə yarım kiloqram qızıl tutuldu

Astara Gömrük İdarəsinin sərnişin-nəqliyyat şöbəsində İrandan Azərbaycana idarə etdiyi “Mercedes-Benz E 220” markalı avtomobillə gələn Azərbaycan vətəndaşı hərəkətləri şübhə doğurduğu üçün saxlanılıb və üzərində şəxsi yoxlama aparılması məqsədilə sorğu-sual edilib.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş üzərində qızıl-zinət əşyalarının olduğunu etiraf edib və 2 ədəd bağlamanı gömrük nəzarətinə təqdim edib. 

Baxış zamanı həmin bağlamaların içərisində gömrük bəyannaməsində göstərilməmiş, ümumi xalis çəkisi 562,13 qram təşkil edən qızıl-zinət əşyaları aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır./azvision.az

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ