RU
Serj Sarkisyanın müavini bir sıra cinayətlərdə ittiham olunur
23:20
880

Serj Sarkisyanın müavini bir sıra cinayətlərdə ittiham olunur

Ermənistanın Respublika Partiyasının sədr müavini Armen Aşotyan vəzifə səlahiyyətlərindən sui-istifadədə və çirkli pulların yuyulmasında ittiham olunur.

Bu barədə vəkil Tiqran Atanesyan jurnalistlərə məlumat verib.

"Aşotyan Cinayət Məcəlləsinin gözlənilməz maddələri - ağır nəticələrə gətirib çıxaran vəzifə səlahiyyətlərindən sui-istifadə və çirkli pulların yuyulması ilə ittiham edilib”, - Atanesyan bildirib.

Onun sözlərinə görə, cinayət işi tibb universitetinin daşınmaz əmlak alması ilə bağlıdır./report

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ