Rusiyanın Tulskaya vilayətində "Moskva-Belqorod" reysi üzrə hərəkət edən sərnişin avtobusu yük maşını ilə toqquşub.
7News.Az "TASS"a istinadən xəbər verir ki, qəza yanvarın 3-ü Moskvada baş verib. "Moskva-Belqorod" reysi üzrə hərəkət edən avtobus eyni istiqamətdə olan yük maşını ilə toqquşub. Qəza nəticəsində avtobusun 7 sərnişini xəsarət alıb.
Qeyd edilib ki, ümumilikdə avtobusda 54 nəfər olub.
7News.Az








